Mescid.az
İbadət Səyahətinizin Rəhbəri
Haqqımızda
Mescid.az, namaz qılan insanların ibadətlərini daha rahat və nizamlı şəkildə yerinə yetirə bilməsi üçün hazırlanmış bir mobil tətbiqdir. Tətbiqimiz vasitəsilə Azərbaycan şəhər və rayonları üçün dəqiq namaz vaxtlarını öyrənə, qibləni asanlıqla təyin edə, ən yaxın məscid və namaz otaqlarını tapa və Qurani-Kərimi oxuyaraq sevimli ayələri işarələyə bilərsiniz.
Namaz Vaxtları
Mescid.az, iki fərqli namaz təqvimi təqdim edir:
Muslim World League (MWL)
Səudiyyə Ərəbistanı tərəfindən tərtib olunmuş beynəlxalq namaz vaxtları
Qafqaz Müsəlmanlar İdarəsi
Azərbaycana uyğun namaz vaxtları
Xəritə Xüsusiyyətləri
Tətbiqimizin xəritə bölməsi sizə yaxınlıqdakı məscid və namaz otaqlarını göstərir. İstədiyiniz ibadət yerinə Google Maps, Apple Maps, Waze və Yandex Maps vasitəsilə asanlıqla istiqamət ala bilərsiniz.
Quran Xüsusiyyətləri
Qurani-Kərim bölməsində isə müqəddəs kitabımızı oxuya, son oxuduğunuz yeri işarələyə və sevimli ayələrinizi qeyd edə bilərsiniz. Quran mətni tətbiqə Quran.az vasitəsilə inteqrasiya edilib.
📌 Mescid.az tamamilə reklamsızdır və heç bir gəlir məqsədi güdmür. Tətbiqimizin əsas missiyası, müsəlmanların namazlarını vaxtında qılmalarına və ibadət yerlərinə rahat şəkildə çatmalarına dəstək olmaqdır.
Əlaqə üçün:+994 55 300 42 14