GİZLİLİK SİYASƏTİ

Bu Gizlilik Siyasəti Mescid.az tətbiqinin istifadəçilərin məlumatlarını necə topladığı və istifadə etdiyi barədə məlumat verir.

1. TOPLANAN MƏLUMATLAR

Mescid.az tətbiqi istifadəçilərdən heç bir şəxsi məlumat toplamır. Yalnız Firebase analitika vasitəsilə anonim istifadəçi statistikası toplanır:

  • Tətbiqə neçə istifadəçinin daxil olduğu
  • Hansı regionlardan daxil olunduğu
  • Tətbiqin hansı cihazlarda və əməliyyat sistemlərində istifadə edildiyi
  • Tətbiqin hansı səhifələrinin daha çox istifadə edildiyi
  • Potensial səhvlərin və çökmələrin analizi

Bu məlumatlar yalnız tətbiqin optimallaşdırılması və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün istifadə olunur və heç bir üçüncü tərəflə paylaşılmır.

2. GPS VƏ YER MƏLUMATLARI

GPS icazəsi yalnız istifadəçinin qiblə istiqamətini və xəritədə məscidləri görməsinə imkan yaratmaq üçün tələb olunur. GPS məlumatları tətbiq tərəfindən saxlanılmır və üçüncü tərəflərlə paylaşılmır.

3. BİLDİRİŞLƏR

İstifadəçilərə namaz vaxtları və gündəlik Quran ayəsi barədə bildirişlər göndərilir. Bu bildirişlər yalnız tətbiq daxilində aktivləşdirilə və istəyə bağlı olaraq deaktiv edilə bilər.

4. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ

Quran səhifəsindəki məlumatlar Quran.az API vasitəsilə təqdim edilir.

Xəritə və naviqasiya xidmətləri üçün Google Maps istifadə olunur, digər naviqasiya tətbiqlərinə yönləndirmələr də mümkündür.

5. TƏHLÜKƏSİZLİK

Mescid.az tətbiqi istifadəçi məlumatlarını qorumaq üçün lazımi texniki tədbirləri görür və heç bir şəxsi məlumat saxlamır.

6. ƏLAQƏ

Gizlilik siyasəti ilə bağlı suallarınız üçün xeritechi@gmail.com vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Son güncəlləmə: 09.03.2025