İstifadə Şərtləri

Bu İstifadə Şərtləri ("Şərtlər") Mescid.az mobil tətbiqetməsinin ("Tətbiq") istifadə qaydalarını müəyyən edir. Tətbiqi yükləməklə və istifadə etməklə bu Şərtləri qəbul etdiyinizi təsdiq edirsiniz.

1. TƏTBİQİN TƏYİNATI

Mescid.az tətbiqi istifadəçilərə namaz vaxtlarını göstərmək, qiblə istiqamətini təyin etmək, məscid və namaz otaqlarının xəritəsini təqdim etmək, Quran təfsirini oxumaq kimi funksiyalar təklif edir. Tətbiq tamamilə pulsuzdur, reklam içərmir və heç bir ödənişli versiyası mövcud deyil.

2. NAMAZ VAXTININ HESABLANMASI

Tətbiqdə təqdim edilən namaz vaxtları:

  • Qafqaz Müsəlmanlar İdarəsinin hesablamalarına əsaslanan vaxtlar
  • Muslim World League (Səudiyyə Ərəbistanı) metoduna əsaslanan vaxtlar

Mescid.az tətbiqi yalnız bu qurumların təqdim etdiyi məlumatları istifadə edir və namaz vaxtlarının dəqiqliyinə görə məsuliyyət daşımır.

3. MƏLUMATLARIN TOPLANMASI

Mescid.az tətbiqi istifadəçilərdən şəxsi məlumat toplamır və qeydiyyat tələb etmir. Tətbiq yalnız Firebase analitika vasitəsilə anonim statistik məlumatları toplayır:

  • Tətbiqə neçə istifadəçinin daxil olduğu
  • Hansı regionlardan daxil olunduğu
  • Tətbiqin hansı cihazlarda və əməliyyat sistemlərində istifadə edildiyi
  • Tətbiqin hansı səhifələrinin daha çox istifadə edildiyi
  • Potensial səhvlərin və çökmələrin analizi

Bu məlumatlar yalnız tətbiqin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün istifadə olunur və heç bir üçüncü tərəflə paylaşılmır.

4. GPS və BİLDİRİŞ İCAZƏLƏRİ

GPS icazəsi tətbiqin xəritə və qiblə funksiyalarının işləməsi üçün tələb olunur. GPS icazəsi verilmədiyi halda bu funksiyalar aktiv olmayacaq.

Bildirişlər namaz vaxtlarını və gündəlik Quran ayələrini istifadəçiyə çatdırmaq üçün istifadə edilir.

5. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ

Xəritə funksiyası Google Maps xəritəsi üzərində işləyir.

Naviqasiya funksiyası üçün istifadəçilər Yandex Map, Google Maps, Apple Maps və ya Waze kimi xidmətlərə yönləndirilə bilər. Bu xidmətlərdən istifadəyə görə Mescid.az tətbiqi məsuliyyət daşımır.

Quran səhifəsində təqdim olunan məlumatlar Quran.az API-si vasitəsilə təmin edilir.

6. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

Mescid.az tətbiqi istifadəçilərə təqdim etdiyi məlumatların tam doğruluğunu və davamlı əlçatanlığını təmin etməyə çalışır, lakin bu məlumatların düzgünlüyünə zəmanət vermir və istifadə nəticəsində yarana biləcək hər hansı itki və ya zərərə görə məsuliyyət daşımır.

7. ƏLAQƏ

İstifadəçilər tətbiq daxilində sorğu göndərmə funksiyası və ya xeritechi@gmail.com vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.

Son güncəlləmə: 09.03.2025